• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1795
— 15.01.2018 13:16

16 yaşlı gənc döyüldü

KepezTV Player

Lənkəran rayonunun Liman şəhərində iki döyülmə faktı qeydə alınıb. Zərərçəkənlərdən biri 16 yaşlı Heybət Abdullayev, digəri isə 50 yaşlı Nəcəfqulu Həsənovdur. Heybət Abdullayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərilib.Hazırda vəziyyətinin ağır olduğu bildirilir.Həmin ərazidə yaşayan Nəcəfqulu Həsənovun evinə isə naməlum şəxs basqın edib və kəsici alətlə ona başından və qol nahiyəsindən xəsarətlər yetirib. O da Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Qeyd edək ki, iki gün əvvəl də Liman şəhəri ərazisində 68 yaşlı Humay Qarayeva və onun qızı 45 yaşlı Samirə Miriyeva döyülüb. Onlardan Samirə Miriyeva aldığı xəsarətlərdən xəstəxanada keçinib. Humay Qarayevanın vəziyyəti isə ağır olaraq qalır.

 

Zülfiyyə Telmanqızı