• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1259
— 15.01.2018 13:26

Qonşusuna 9 bıçaq zərbəsi vurub öldürdü

KepezTV Player

Sözün ucundan tutub ucuzluğa getmək ölüm gətirdi. Qonşusunun iradına əsəbləşən kişi onu amansızlıqla qətlə yetirdi. Daha bir hadisə Göyçayda yaşanıb. Bu dəfə də qılıncdan kəsərli olan sözü yox, soyuq silahı işə salıblar.

Bakıda qətl törədilib.Hadisə Yasamal rayonu, Xıdır Mustafayev küçəsində qeydə alınıb. 57yaşlı Vidadi Rzayev aralarında yaranmış mübahisə zəminində qonşusu 47 yaşlı Şahin İsgəndərova 9 bıçaq zərbəsi vurub. İsgəndərov ağır vəziyyətdə 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Yasamal rayon hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə olunublar. Cinayəti törətməkdə şübhəli bilinən Vidadi Rzayev saxlanılaraq istintaqa təhvil verilib. Hadisə şahidlərinin verdiyi məlumata görə mərhum Şahin İsgəndərov Vidadi Rzayevə avtomobilini yolda saxladığı üçün dəfələrlə irad tutub. Sonuncu dəfə qonşular arasında mübahisə ötən axşam düşüb. İradını qəbul etməyən Vidadi Rzayev onu bıçaqlamaq qərarına gəlib. Şahin İsgəndərov axşam evdən çıxıb çörək almağa gedəndə Vidadi Rzayev onu izləyib və dalanda qonşusuna yaxınlaşaraq çoxsaylı bıçaq xəsarətləri yetirib. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Göyçayın Ləkçiplaq kəndində də bıçaqlanma hadisəsi qeydə alınıb. Kənd sakini 24 yaşlı Ülvi Yusifzadə dava zamanı qarın nahiyəsindən bıçaqlanıb. O, təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılaraq cərrahiyə əməliyyatı olunub. Onu bıçaqlayan şəxsin kimliyi hələ ki, məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törədən şəxsin tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.
 

Zülfiyyə Telmanqızı