• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1821
— 15.01.2018 10:02

Skrabl oynaya bilən robot təqdim edildi

Tayvanın Sənaye İnstitutunun texnologiya araşdıran mühəndisləri Las-Veqasda keçirilən beynəlxalq elektronika sərgisində stolüstü Skrabl oyununu oynaya bilən robot təqdim ediblər. Bu robotun oyunun öhdəsindən uğurla gəlməsini göstərməklə ixtiraçılar onun süni intellektual səviyyəsinin necə olduğunu nümayiş elətdirmək istəyiblər. İnsanabənzər robota maşın görmə sistemi quraşdırılıb, bununla o müxtəlif obyektləri, o cümlədən oyun sahəsininin damalarını, kubları, həmçinin onların üzərindəki hərfləri ayırd edir. Robotun iki manipulyatoru seçilmiş kubları səliqəli şəkildə götürmək və digərlərinə mane olmadan lazımi yerə qoymaq bacarığına malikdir. Analoji robot oyunun qaydaları və qələbə strategiyaları haqqında məlumatlıdır. Bu da ona daha çox xal qazanmaq imkanı yaradır, onun hətta söz ehtiyatı da çoxdur.

 

Cavanşir Məmmədzadə