• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1231
— 13.01.2018 16:02

Kukla teatrı valideyn himayəsindən məhrum uşaqlar üçün tamaşa hazırlayıb

KepezTV Player

Gəncə Dövlət Kukla Teatrının kollektivi valideyn himayəsindən məhrum uşaqlar üçün tamaşa nümayiş etdiriblər. Xeyriyə məqsədi ilə təşkil olunan "Yeni il sərgüzəştləri" adlı səhnə əsəsrində teatrın yaradıcı kollektivi tam tərkibdə iştirak edib edib. Şaxta babanın başına gələnləri balacalar böyük maraqla izləyib, müxtəlif personajlarla birgə rəqs ediblər. Tamaşanın sonunda Şaxta baba uşaqları müxtəlif hədiyyələrlə sevindirib. Teatr kollektivi tərəfindən belə tamaşaların il ərzində nümayişi nəzərdə tutulur.