• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 824
— 11.01.2018 15:40

Naftalanda şəhər Mərkəzi Xəstəxanası üçün yeni bina tikilir

KepezTV Player

65 çarpayılıq olacaq tibb müəssisəsi 4 mərtəbəli binada fəaliyyət göstərəcək. Son tamamlama işləri aparılan tikilidə suvaq işləri aparılır, elektirik naqilləri çəkilir, istilik sistemləri quraşdırılır. Xəstəxananın həyətində inşa edilən qazanxana, su anbarı və transfarmator kommunal xidmətləri göstərməyə imkan verir. İşlər  bu ilin ortalarına tam başa çatacaq.