• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2255
— 12.01.2018 19:09

Gəncədə zəncirvari qəza olub

KepezTV Player

Gəncə şəhərində yol qəzası baş verib. Hadisə Şah İsmayıl Xətai prospektində yaşanıb. 36 yaşlı Fariz Alıyevin idarə etdiyi “Volkswagen”  markalı avtomobil dönmə əməliyyatı zamanı 40 yaşlı Fuad Bağırovun sürücüsü olduğu “Opel”lə toqquşub. “Opel” zərbənin təsirindən yol kənarında dayanan, 33 yaşlı Elçin İsmayılova məxsus “Mercedes” markalı maşına dəyib. Avtomobillər yararsız hala düşüb. Fakt araşdırılır.

 

Elnur Vahidoğlu