• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2155
— 12.01.2018 13:33

Piyadanı maşın vurdu, vəziyyəti ağırdır

KepezTV Player

Bakının Sabunçu rayonunda da yol nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Zabrat qəsəbəsində qeydə alınıb. Yolu keçmək istəyən 58 yaşlı Qələndər Mehbalıyev "Mercedes" markalı minik avtomobili vurub. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Qəzanı törədən sürücü saxlanılaraq izahatı alınıb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı