• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1087
— 12.01.2018 12:51

Qazaxda cəbhə yanı kəndin yolu asfaltlanır

KepezTV Player

Qazaxda kənd yollarının yenidən qurulmasına başlanılıb. Strateji əhəmiyyətə malik və rayon mərkəzini Ermənistanla sərhəddə yerləşən yaşayış məntəqələri ilə birləşdirən yollar nəqliyyat vasitələrinin normal hərəkəti üçün hazırlanır. 

Qazaxın Cəfərli kəndi ilə rayon mərkəzini birləşdirən avtomobil yoluna Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin işçiləri tərəfindən asfalt örtük döşənir. Mülayim keçən hava işlərin sürətləndirilməsini şərtləndirib. Bu yol sarıdan uzun illərdir əziyyət çəkən kəndlilərin bir sıra problemlərinin həlli deməkdir.

Seyfəddin Vəliyev - sakin: Rayon müəyən bir ehtiyac üçün getmək çox çətin olurdu. Elə olurdu işimizi təxirə salırdıq. Ona görə ki bu yolla gedib gəlmək mükün deyildi. Yol tamam dağılmışdı. Ancaq indi elə kefiyyətli yol salınır ki bu bizim sosial problemlərimizi həll edəcək.

Fazil Almazov - sakin: Bu çəkilən asfalt bu kəndin sakinləri üçün ən yadda qalan hadisələrdən biridir. Yol mədəniyyət bir sölə hər şey deməkdir. Bu biz həddən çox sevinirik.

Uzunluğu 13 klometr olan yolun yarıdan çox hissəsində işlər tam başa çatdırılıb. Yeni yolun çəkilişinin qısa zamanda tamamlanması planlaşdırılır.

Şahin Mustafayev - Cəfərli kənd icra nümayəndəsi: 210 ev 1300 ə yaxın əhalimiz var. Yolumuz əvəllcə çox pis vəziyyətdə idi. Bu kəndin əhalisi əsasən kartofçuluq və taxılçılıqla məşğul olur. Sakinlər məhsullarını bazara çıxarmaqda çətinlik çəkirdi. Ancaq indi yolumuz düzəldi.

Bu il sərhəd rayonu olan Qazaxda Cəfərli kəndindən əvvəl Çaylı, Hüseynbəyli və Kamuna kəndlərini rayon mərkəzi ilə birləşdirən avtomobil yolu yenidən qurulub.

 

Natiq Hüseyn