Bu günə xəbərlərin oxunma sayı: 773
— 11.01.2018 13:48

Yolu keçən piyadanı maşın vurdu

KepezTV Player

Şəki-Qax-Zaqatala avtomobil yolunun Zaqatala rayonu Çobankol kəndi ərazisindən keçən hissəsində də qəza baş verib. Balakən rayon sakini Şaban Laçınov idarə etdiyi “Mersedes Vito” markalı kiçiktutumlu mikroavtobusla Balakən rayonu stiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Zaqatala rayonu Çobankol kənd sakini 49 yaşlı Kamal Abdilovu vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Kamal Abdilov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına  aparılıb. Reanimasiya şöbəsinə yerləşdirilən Abdilovun vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.