• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1452
— 11.01.2018 13:42

Bir neçə oğurluq faktının üstü açıldı

KepezTV Player

Gəncə şəhər Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq faktlarının üstü açılıb. Ötən il noyabrın 7-dən bu il yanvarın 2-dək olan müddətdə Gəncə şəhəri ərazisində 1 qadının çantasından içərisində pul və sənəd olan pul kisəsini, 1 idman zalından məişət əşyaları, 5 avtomobildən akkumulyator, habelə 9 həyətyanı sahədən 20 metr elektrik naqili, inşaat materialları və 17 ev quşu oğurlamaqda şübhəli bilinən şəhər sakini Tural Tahirov tutulub. Bundan başqa, rayon polis idarəsinin əməkdaşları yanvarın 5-də Gəncə şəhər sakini İlkin Bağırovun “VAZ-21011” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Babayevi də yaxalayıblar. Faktlarla bağlı araşdırmalar davam etdirilir.