• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2292
— 11.01.2018 10:20

8K-lı OLED ekran təqdim olundu

LG şirkəti 8K təsvir ölçüsü və OLED displeyə malik, dünyada ilk 88 düymlük televizor təqdim etməyə hazırlaşır. Cənubi Koreya şirkətinin nümayəndələrinin sözlərinə görə, OLED texnologiyası işıqlandırma ilə təchiz edilmiş maye kristal panellərlə müqayisədə aşağı enerji sərfiyyatı zamanı parlaqlığı azaltmadan ultrayüksək təsvir ölçüsünə - 7680 x 4320 göstəricisinə malik görüntü təmin edir. OLED panellərdə işıqlandırma texnologiyasına ehtiyac olmadığından çox nazik hazırlana bilər. Yeni televizorun ekranı 33 milyon pikseldən ibarətdir.