• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1924
— 11.01.2018 10:15

Toyota yeni nəsil avtonom avtomobilini təqdim etdi

Toyota avtonom rejimlə işləyən prototipini göstərib. Pilotsuz yeni nəsil maşın Lexus LS 600hL hybrid sedanının bazasında ərsəyə gəlib. Təkmilləşmiş məsafə ölçən LiDAR indi avtomobilin 200 metr radiusunu skan edə bilir. Yeni fotoelektrikli sensorlar nəinki gecə saatlarında, hətta pis hava şəraitində belə obyektləri müəyyən etmək imkanına malikdir. Bundan başqa, yeniliyin təmin olunduğu LiDAR sensorlar yaxın məsafədə yerləşən və o qədər də böyük olmayan obyektləri, uşaq və digərlərini təyin edə bilir. Avadanlıqların daha erqonomik yerləşdirilməsi üçün mühəndislər damda xüsus yer düzəldiblər.