• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1153
— 10.01.2018 14:56

Gəncədə skeyt həvəskarları üçün skeytbordinqklub təşkil olunub

KepezTV Player

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşəbüsü ilə yaradılan klubda Patrik Dzimitko tərəfindən təlimlər keçirilir. Heydər Əliyev Park-Kompleksində reallaşan məşğələlərə 15-ə yaxın həvəskar qatılıb. Polşalı təlimçi skeytbordun idarə olunmasının texnikası barədə gəncləri məlumatlandıraraq məhləhətlərini verib, onlarla təcrübəsini bölüşüb. Ekstremal idman növlərindən olan skeybordinq müxtəlif tryuklardan ibarətdir. Ötən əsrin 30-cu illərinin sonunda ABŞ-da meydana gələn bu növ hazırda dünyada çox populyardır. Skeybordinq 2017-ci ildə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən Yay Olimpiya Oyunlarının proqramına daxil edilib.

Patrik Dzimitko - təlimçi: “Skeytklubun yaradılması yerli gənclərə bu idman növünü tanıtmaq, onlara informasiya verməkdir. Bildiyimə görə Gəncədə skeytə maraq azdır, amma Azərbaycanda bununla peşəkar səviyyədə məşğul olanlar var. Bizim məqsədimiz bu növü gənclərə sevdirmək, təlimlərlə skeytbord sürməyi öyrətmək və birlikdə əylənməkdir. Başlanğıc həmişə çətin olur, ümid edirəm ki, məşğələlərin sonunda uşaqlar bunu idarə etməyi bacaracaqlar. Bu işdə mənə kömək olan, texniki təhcizatla təmin edən həmyerlilərimə də təşəkkür edirəm”. 

 

Azad Rəfi