• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1577
— 10.01.2018 14:15

Ağstafa sənaye məhəlləsi tam gücü ilə fəaliyyət göstərir

KepezTV Player

Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramında nəzərdə tutulan vacib məsələrlərdən biri də yerlərdə sənaye məhəllərinin yaradılmasıdır. Prezident  İlham Əliyevin iştirakı ilə Ağstafada istifadəyə verilən sənaye parkında yaradılan imkanlar proqramın uğurla icrasından xəbər verir. Hazırda parkın istehsal sahəsi 11 müəssisə və 1 istixana kompleksindən ibarətdir.

Ağstafa sənaye məhəlləsinin ümumi ərazisi 60 hektara yaxındır. Burada müxtəlif növ istehlak malları və inşaat materialları istehsalı həyata keçirilir.  Müxtəlif ölçüdə boru istehsalı, yarasız polietilen selofanların təkara emalı, plastik ayna-qapı və bəzək daşları hazırlanraq satışı aparılır. Mövcud müəssisələrdə quraşdırılan ən müasir texnologiyalar isə keyfiyyətli və rəqabətədavamlı məhsul istehsalına imkan verir.

Bəxtiyar Süleymanlı - sex rəisi: Bizim plastik boru sexinda gündəlik olaraq maksimum istehsal 2500 metrdir. Gələcəkdə təlabat olarsa biz istehsalı artırmaq haqqında düşünürük.

Elşad Ələsgərov - usta: Yüksək səviyyəli iş görməyə biz hazırıq. Sağolsun camaatımız müraciət edir bizdə işləyirik. O dərəcədə çox olmasada normal işimiz gedir.

Ağstafa sənaye məhəlləsində emal və istehsal müəssisələrinin sayında artım var. Hazırda parkın nəznində keramika zavodunun inşası aparılır. Yeni istehsal sahələrinin yaradılması isə iş yerlərinin açılmasına şərait yaradacaq.

Mahir Məmmədov - sex rəisi: Bu məhəllənin ölkə üçün xalqımız üçün çox böyük əhəmiyyəti var. Həm işin kefiyyətində həm işin işçi qüvvəsi tərəfindən asan olmasında çox yaxşı şərait yaradılıb. Bütün bunlar isə həm şirkət həm də xalqımız üçün xeyrlidir.

Parkda 3 hektara yaxın istixana kompleksi də yaradılıb. Burada əsasən tərəvəz məhsulları becərilir. Bundan başqa məhəllənin 10 hektarında meyvə bağları salınıb. Istehsal edilən məhsul yerli və xarici azar üçün nəzərdə tutulur.

 

Natiq Hüseyn