• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1442
— 08.01.2018 11:44

Təmsilçimiz beynəlxalq turnirdə ikinci oldu

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə fiqurlu konkisürmə üzrə növbəti beynəlxalq turnir keçirilib. Yarışda Azərbaycan da təmsil olunub. Ölkəmizin şərəfini milliləşdirilmiş amerikalı Morqan Flud qoruyub. Bir müddət öncə komandamıza cəlb edilən 18 yaşlı legioner qadınların mübarizəsində qüvvəsini sınayıb. Turnirin yekununa əsasən 126,30 xal yığan təmsilçimiz gümüş medala layiq görülüb.

 

Orxan Cəfərzadə