• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2492
— 10.01.2018 10:02

Citroen və qadın jurnalı birlikdə xüsusi avtomobil hazırladılar

Fransa markası “Citroen” “Elle” həftəlik qadın jurnalı ilə birgə eksteryer və interyerində çəhrayı elementləri olan kompakt heçbek hazırlayıb. Maşında hətta şəkilləri sosial şəbəkələrdə paylaşmaq üçün kamera da quraşdırılıb. “Citroen C3 Elle” xüsusi ağ rəngli kuzov, qum rəngli dam, qara korpuslu daxili güzgülər, həmçinin duman əleyhinə işıqlar əldə edib. Ön qapılarda məşhur jurnalın loqotipləri peyda olub. Qabaq oturacaqlar çəhrayı kantlar, boz oturacaqlar isə çəhrayının çalarları ilə bəzədilib. Yeniliyin avadanlıqlar siyahısında Connected CAM adlı kiçik ön kamera yer alıb. Qurğu genişbucaqlı görüntülər çəkir və avtomatik olaraq yaddaşda saxlayır. Sahibi hətta öz şəkillərini çəkməklə anında sosial şəbəkələrdə paylaşa bilər. Citroen C3 Elle 1,2 litrlik 3 silindrli benzin turbomotorla işləyir. 82 və ya 110 at gücü ilə təklif olunan mühərrik mexaniki ya da avtomatik sürəti qutusu ilə birləşə bilər.

 

 

Cavanşir Məmmədzadə