Bu günə xəbərlərin oxunma sayı: 1116
— 10.01.2018 10:01

Tesla krossoveri ağır tonnajlı maşını çəkib apara bilərmi?

İnternetdə elektriklə işləyən Tesla Model X krossoverinin ağırtonnajlı Volvo yük maşınını necə çəkib apardığını göstərən video yayılıb. Görüntülərdə Tesla Model X-in hansı modifikasiyası olduğu bilinmir. Ən üst versiya olan 100D iki elektromotorla təchiz olunub. Ümumilikdə isə 775 at gücünə malikdir. Tesla Model X-in tam çəkmə gücü 2268 kiloqrama bərabərdir. Amma Volvo yük maşının çəkisi bu göstəricidən 10 dəfə artıqdır. Videonun müəllifi hətta qeyd edib ki, çəkmə zamanı Tesla krossoverinin batareyalarında hər hansı bir problem yaşanmayıb.

 

Cavanşir Məmmədzadə