Bu günə xəbərlərin oxunma sayı: 666
—
10.01.2018 09:58
Gəncədə Apellyasiya Məhkəməsinin işçisini maşın vurdu
KepezTV Player
Gəncədə Atatürk prospektində, Apellyasiya Məhkəməsinin qarşısında avtoqəza olub. Yolu keçən məhkəmə işçisi Zaur Quliyevi avtomobil vurub. Xəsarət alan şəxs dərhal şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır kimi qiymətləndirilən yaralı daha sonra Gəncədəki özəl xəstəxanalardan birinə göndərilib.
- Baxış: 1014
