Ötən gün Bakı şəhərində insanların xəsarət alması ilə nəticələnən sərnişin avtobusunun qəzası aidiyyəti qurumları hərəkətə keçirib. Gəncədə ictimai nəqliyyat vasitələri üzərində nəzarət daha da gücləndirilib. Bu məqsədlə reydlər təşkil olunub, aşkar olunan nöqsanlar aradan qaldırılıb.
Rafiq Xudaquliyev şərnişin:Bu gün neqativ halların əsas səbəbi sürücülərin qeyri profesional olmasıdır, yüksək sürət həddidir, vaxtı-vaxtında avtobusların işləməməsi və sürücülərin məqsədlərinin yalnız pul qazanmaq düşünməsidir sükan arxasında
Qulu Məmmədov sərnişin:Sürücülərin içərilərində sükan arxasında olan zaman siqaret çəkmələrinə rast gəlirik. Telefonla danışırlar bu qədər adamın taleyi sizdən asılıdır. Bu kimi sürücülərə qarşı ciddi mübarizə aparılmalıdır.
Sükan arxasında siqaret çəkmək, telefonla danışmaq və sürücünün diqqət yayındıran hərəkətlərlə məşğul olması bədbəxt hadisələri qaçılmaz edə bilər. Elə bir neçə gün bundan öncə paytaxtın Zığ şossesində 175 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun yoldan çıxaraq aşması nəticəsində 20 nəfər ağır bədən xəsarətləri alıb. Bunu nəzərə alan Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişin Daşıma İdarəsinin əməkdaşları şəhərin bir neçə hissəsində reyd keçirib. Yoxlamalar zamanı avtobusların texniki nasazlığı haqqında sənədlərə, sürücünun reys öncəsi tibbi arayışlarına, sürücülük vəsiqəsinin kateqoriyalarına baxış keçirilib. Reyd zamanı tələb olunan qaydaları pozan avtobus sürücüləri məsuliyyətə cəlb olunub.
Elçin İbrahimov Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişin Daşıma İdarəsinin şöbə rəisi:Bayram günlərində də tam gücləndirilmiş iş rejimində çalışdıq. Şükür olsun ki, şəhər ərazisində avtobusların iştirakı ilə ciddi qəzalar, faciə baş vermədi. Əvvəlcədən xidmətdə olan sürücüləri tam təlimatlandırmışdıq, həmdə əməkdaşlarımız tərəfindən mütamadi nəzarət aparılırdı.
Hazırda Gəncə şəhərində gün ərzində 220-ə qədər orta və kiçik tutumlu nəqliyyat vasitəsi sərnişindaşıma ilə məşğul olur.
- Baxış: 1126