Bu günə xəbərlərin oxunma sayı: 1253
— 09.01.2018 14:13

Oğurluq kameralara düşdü

KepezTV Player

Tovuzun Hacıalı kəndində oğurluq olub. Gecə saatlarında kənd sakini Müşfiq Tağıyevin tövləsindən iki baş mal-qara oğurlanıb. Zərərçəkən dərhal Tovuz Rayon Polis Şöbəsinə məlumat verib. Tağıyevin sözlərinə görə, oğru ərazini yaxşı tanıyan biri olub. O, yalnız kökəltmək üçün bağlanılan heyvanları seçib aparıb.

Bakıda baş verən oğurluq hadisəsi isə nəzarət kameraları vasitəsi ilə anbaan qeydə alınıb. Oyun  klubunda olan naməlum şəxs müştərilərin başının qarışıq olduğunu görür və stolun üstündəki telefonu götürüb cibinə qoyur. Bir neçə dəqiqə oyun oynayandan sonra klubu tərk edir. Hadisə barədə polisə məlumat verilib. Oğurluğu törətməkdə şübhəli bilinən şəxsin axtarışları aparılır. Faktlarla əlaqədar araşdırmala dava edir.