• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 732
— 09.01.2018 14:11

Yeni doğulan əkizlər öldü

KepezTV Player

Lənkəran rayonunda yeni doğulan əkiz körpələr ölüb.Hadisə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində baş verib.Masallı rayonunun Türkoba kənd sakini, 27 yaşlı Alidə Məmmədovanı gecə saat 2 radələrində Xəstəxananın Doğum şöbəsinə yerləşdiriblər. Onun hamiləliyinin 7-ci ayında səhhətində problemlər yaranıb və buna görə də həkimlər körpələrin 7 aylıq dünyaya gətirilməsinə qərar veriblər. Doğulan körpələr küvəzə yerləşdirilib. Lakin bir neçə saatdan sonra əkizlərin hər ikisi dünyasını dəyişib. Körpələrin meyiti ekspertizaya verilib. Hadisə ilə bağlı araşdırma aparılır. Alidə Məmmədovanın yaxınlarının sözlərinə görə bir il öncə də qadının dünyaya gətirdiyi oğlan uşağı xəstəxanada ölüb.