• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2094
— 08.01.2018 14:46

Samuxda Tofiq Quliyevin yubileyi keçirilib

KepezTV Player

Azərbaycanda mədəniyyəti və incəsənətinin inkişafında əvəzsiz xidmətləri olan Tofiq Quliyevin yaradıcılığından Samuxda söhbət açılıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bəstəkarın 100 illik yubileyinə toplaşan rayon ictimaiyyətinə xalq artisti, Dövlət Mükafatı laureatı olan bəstəkarın məşhur, dillər əzbəri olan mahnıları ilə yanaşı, uzun müddətdir səslənməyən kompozisiyaları da təqdim edilib. Şəxsi və dövlət arxivlərinin materialları əsasında Tofiq Quliyevin həyat və yaradıcılığı haqqında kitab-albom, bəstəkarın bədii filmlər üçün mahnıları, fortepiano üçün əsərləri, indiyədək səslənməyən simfonik orkestr üçün əsərlərindən ibarət dörd cildlik not kitabları, eləcə də 212 əsəri özündə cəmləşdirən fleş-kartın hazırlandığına diqqət çəkilib.

 

Natiq Hüseyn