KepezTV Player
Gəncədə içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin 4-cü mərhələsi 3 il müddətinə yekunlaşacaq. Bu mərhələdə sovet dönəmində çəkilən və istismar müddətini başa vuran müxtəlif diametrli su və kanalizasiya xətləri yenilənir. Aparılan işlər şəhərin müəyyən küçə və prospektlərində başa çatırılıb, Nizami prospekti, Vaqif və Əttarlar küçələrində isə işlər davam edir. Şəhərin tullantı suları gələcəkdə Samux rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 120 min kubmetr olacaq təmizləyici qurğuya ötürüləcək. Layihənin icrası şəhər əhalisinin fasiləsiz içməli su ilə təminatına da töhfə olacaq.
- Baxış: 429