• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2508
— 08.01.2018 14:59

Gəncədə valideyn himayəsindən məhrum olan uşaqlar üçün əlavə korpus tikilir

KepezTV Player

Gəncədə Uşaq Evi üçün yeni korpus tikiləcək. Təməli qoyulan binada texniki otaqlarla yanaşı böyük idman zalı da olacaq. Əlavə tikili ilin sonunadək hazır olacaq.

Asim Qurbanov - Gəncə Uşaq Evinin sakini: On üç yaşım var. Özüm cido idman növü ilə məşğul oluram. Bizim Uşaq Evində ilk dəfədir ki, yeni korpusda idman zalı tikəcəklər. Bu da bizim idman edəcəyimizə yeni şərait yaradacaq.

Ruzi Həsənov - Gəncə Uşaq Evinin sakini: On iki yaşım var. Cudo ilə məşğul oluram, yarışda üçüncü yeri tutmuşam. Bizim idman zalımız yoxdu. Təzə idman zalı tikilir və biz çox sevinirik.

Gəncə Uşaq Evinin yeni korpusu zirzəmi ilə bərabər üç mərtəbəli olacaq. Zirzəmisi ərzaq və təchizat anbarı üçün nəzərdə tutulub. Digər mərtəbələrdə isə qış idman zalı, çamaşırxana, istirahət otaqları, akt zalı və dərnək otaqları olacaq. 21 ildir fəaliyyət göstərən Uşaq Evində əlavə korpusun inşası zərurətdən irəli gəlib.

Nazilə İsmayılova - Gəncə Uşaq Evinin direktoru: Həmişə uşaqlarımız şəhərimizdə fəaliyyət göstərən idman mərkəzlərinə, klublarına gedirlər. İndi isə özümüzdə bu klublar fəaliyyət göstərəcək və buda onu göstərir ki, uşaqlarımız sağlam böyüyəcək. Buna uşaqların çox ehtiyacı var idi. Bundan başqa Uşaq Evinin məzunları bir otaqlı evlə də ötən il təmin olundular. Bakı şəhər Abşeron rayon Masazır qəsəbəsində hər bir şəraiti, avadanlığı olan mənzil verilib. Yeni il ərəfəsində Gəncə Uşaq Evinin bir qrup sakini Heydər Əliyev fondunun dəstəyi ilə Moskva şəhərinə səfər etdilər. Yeni bir şəhərin mədəniyyəti ilə tanış oldular. Bu da uşaqların inkişafına onların dünya görnüşünün artmasına müsbət təsir edir ))

Hazırda uşaq evində 3-14 yaş arası 58 uşaq iki mərtəbəli binda yaşayır. Onların təlim tərbiyyəsi ilə 49 işçi məşğul olur. Ötən il uşaqlardan 1-i yeni ailəyə təhvil verilib.

 

Elnur Vahidoğlu