• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1811
— 08.01.2018 14:33

Kəpəz məşqlərə başladı

KepezTV Player

“Kəpəz”in əsas komandasınn qış dövrü üçün istirahəti başa çatıb. “Sarı-göylər” yanvarın 7-də Bakıda məşqlərə start veriblər.

Əvvəlcə tibbi baxışdan keçən futbolçuların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Müayinə prosesi uğurla yekunlaşıb və bütün oyunçuların çalışmalara qatılmasına müsbət rəy verilib. Gəncə klubu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçir. Ayın 13-nə kimi komanda məhz burada gündə iki dəfə məşq edəcək. Hazırlıq prosesləri saat 10:30 və 15:30-a təyin olunub. “Kəpəz” yalnız yanvarın 10-da səhər məşqini fitnes zalında keçirəcək. Bakı toplanışı müddətində komanda iki yoxlama oyunu da keçirəcək. Rəqiblərdən biri birinci divizionda mübarizə aparan “Sabah” klubudur. Gəncəlilər qış hazırlığının ikinci hissəsini isə Antalyada davam etdirəcək. Komanda fevralın 2-nədək qardaş ölkədə təlim-məşq toplanışında olacaq. Türkiyədə “Kəpəz” 4 yoxlama görüşünə çıxacaq. Gəncə klubunun 3 rəqibi artıq məlumdur. Komandamız yanvarın 22-də Rumıniyanın “Viitorul”, 28-i tarixində Polşanın “Yagelloniya” və ayın 31-də Serbiya “Spartak” klubları ilə qarşılaşacaq.

 

Azad Rəfi