• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1034
— 08.01.2018 13:12

Keçmiş məhkum 13 kq-dan artıq narkotiklə yaxalandı

KepezTV Player

Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Qobustan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Azər Quliyev saxlanılıb. Polis İdarəsində üzərinə baxış zamanı ondan 7,29 qram narkotik maddə hesab edilən marixuana aşkar olunub. Azər Quliyevin yaşadığı evə də baxış keçirilib. Bu zaman oradan külli miqdarda narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Ekspertizaya təqdim olunan həmin narkotik vasitənin ümumi çəkisinin 13 kiloqram 50 qram qurudulmuş marixuana olması barədə rəy verilib. Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib. O, 20 ilə yaxındır ki, narkotik vasitə qəbul etdiyini bildirib.

Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan şəhər sakinləri 22 yaşlı Təbriz Rəhmanov və onun qardaşı, 26 yaşlı Pərviz Rəhmanov saxlanılaraq polis şöbəsinə gətirilib. Təbriz Rəhmanovun üzərinə baxış keçirilərkən 5,121 qram tiryək, qardaşı Pərvizin yaşadığı evin ikinci mərtəbəsindən isə 805 qram qurudulmuş marixuana aşkar edilərək müsadirə olunub. İlkin istintaq zamanı hər iki qardaş törətdikləri cinayəti etiraf ediblər. Pərviz Rəhmanov əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə iki dəfə məhkumluq həyatı yaşayıb.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

 

Zülfiyyə Telmanqızı