• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 893
— 08.01.2018 13:18

Zəncirvari qəzada 3 nəfər yaralandı

KepezTV Player

Bəhrəmtəpə magistral yolunun Sabirabad rayonu Nərimankənd ərazisindən keçən hissəsində qəza olub. "Mersedes" markalı avtomobilin qarşısına inək çıxması nəticəsində sürücü idarəetməni itirib. Bnu zaman avtomobil "Ford" markalı maşınla və daha bir "Mersedes" markalı avtomobillə toqquşub. Zəncirvarı qəza zamanı xəsarət alan Bakı sakinləri - 50 yaşlı Akif Məmmədov və onun həyat yoldaşı 34 yaşlı Nərmin Hüseynova Sabirabad rayon xəstəxanasına, Sabirabad sakini, 32 yaşlı Nicat Əhmədov isə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırmalara başlanılıb.

 

Zülfiyyə Telmanqızı