• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1766
— 08.01.2018 13:15

Biri bacanağını, digəri müdirini bıçaqladı

KepezTV Player

Bakıda qaynatanın hədiyyə etdiyi obyekt üstündə bacanaqlar arasında dava düşüb.Sumqayıt şəhər sakini 28 yaşlı Anar Əbilov Şıx qəsəbəsində obyektdə bacanağı tərəfindən bıçaqlanıb. Əlbəyaxa dava zamanı Əbilovun burnu dişlənilərək qoparılıb. Zərərçəkən dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, Anar Əbilov çoxlu qan itirib, vəziyyəti ağırdır. Daha bir qanlı olay Sumqayıtda, Sülh küçəsində baş verib.Firmaların birində ekspeditel işləyən Sumqayıt şəhər Corat qəsəbə sakini, 30 yaşlı Rauf Heybətov ilə işçisi, 25 yaşlı Mübariz Məmmədov arasında firmaya məxsus avtomobildə mübahisə yaranıb. Bu zaman Məmmədov satış müdirinə arxadan bıçaq zərbəsi vurub. Rauf Heybətov baş, boyun və üz nayihələrindən ağır bıçaq yarası alıb. Sürücü yaralını dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıb. Əməliyyat olunan xəstənin vəziyyətinin ağır olduğu bildirilir. Hadisəni törədən şəxs avtomobildən düşərək qaçsa da, polis tərəfindən saxlanılıb. Məlumata göprə, mübahisə Mübariz Məmmədovun satış müdiri Rauf Heybətovdan xəbərsiz məhsulları oğurlayaraq satması və dəymiş ziyanı geri qaytarmaq istəməməsi səbəbindən baş verib. Faktlarla bağlı araşdırmalar aparılır.

 

Zülfiyyə Telmanqızı