• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2098
— 29.12.2017 20:23

Gəncə sakini Ağstafada qətlə yetirildi, maşını yandırıldı

KepezTV Player

Ağstafada dəhşətli qətl törədilib. Hadisə rayonun Xətai kəndində qeydə alınıb. Gəncə şəhər sakini, 40 yaşlı Samir Əliyevin meyiti yol kənarında tapılıb. Əliyevin bıçaqlanaraq qətlə yetirildiyi məlum olub. Ona məxsus “VAZ-2104” markalı maşın isə meyitin yanında yanmış vəziyyətdə aşkar edilib. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.Rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

 

Zülfiyyə Telmanqızı