• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2087
— 29.12.2017 22:16

ARB Kəpəz bu il Şəmkirlilərin etimadını qazanıb

KepezTV Player

Prezident İlham Əliyevin bu ilin avqust ayında Şəmkirə səfəri və rayonda istifadəyə verilən sosial obyektlərin bölgə üçün əhəmiyyəti isə Şəmkirlilərin bayram tədbirində diqqət mərkəzində olub. Sosial-iqtisadi, təhsil, səhiyyə, mədəniyyət sahələrində görülən işlər, əldə olunan nailiyyətlər, dövlət proqramlarının uğurla icrası və bütün sahələr üzrə əldə edilən inkişaf ilin yekun tədbirində səsləndirilib. Yerli bələdiyyələrin nəzdində yaradılan müəssislələrin rayon iqtisadiyyatında xüsusi çəkisi vurğulanıb. Tədbirdə rayonun sosial və ictimai həyatında fəal rol oynayan bir qrup şəxs fəxri fərmanla mükafatlandırıb. Həmçinin səs çoxluğu ilə Şəmkirlilərin etimadını qazanan ARB Kəpəz yenidən ilin televiziyası seçilib. Tədbir incəsənət ustalarının çıxışları və geniş şou proqramla davam etdirilib.

 

Natiq Hüseyn