• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1494
— 29.12.2017 22:12

Göygöldə həmrəylik günü qeyd olunub

KepezTV Player

Göygöldə də ilə yekun vurulub. Bayram tədbirində prezident İlham Əliyevin rayona səfəri əlamətdar hadisə kimi xarakterizə edilib. Ölkə başçısının iştirakı ilə istifadəyə verilən istehsal və emal müəssisələrinin rayonun iqtisadi həyatında mühüm rolu önə çəkilib. Rayon mərkəzi və kəndlərdə müxtəlif sahələri əhatə edən yenidənqurma işlərinin sakinlərin sosial rifah halının yaxşılaşdırılmasına təkan verdiyi vurğulanıb. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dünya azərbaycanlılarının həmrəylik gününün yeni ilin gəlişi ilə birgə bayram edilməsinin təsadüf olmadığına diqqət çəkilib. Şaxta baba və Qar qızın iştirakı ilə geniş konsert proqramı, fidanların rəqsləri, viktorinalar və nümayiş etdirilən səhnəciklər maraqla qarşılanıb.

Natiq Hüseyn