• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1091
— 29.12.2017 15:09

Korçay Dövlət Təbiət Qoruğunun mövcud flora və faunasının bundan sonra mühafizəsi ciddi şəkildə təşkil olunacaq

KepezTV Player

Çünki Nazirlər Kabinetinin qərarı əsasında qoruğun sanitar mühafizə zonası təsdiq edilib. Bu da qoruğun qonşuluğunda olan kəndlərin təbiətə ziyanını mimumuma endirəcək.

31 min 500 hektara sahəsi olan Korçay Dövlət Təbiət Qoruğunun sanitar mühafizə zonasının təsdiq olunması, daha 4 min 833 hektar ərazinin qoruqla, bələdiyyələr arasında mövcud olan sərhəddin flora və faunasının mühafizə olunmasına hesablanıb. Şimaldan Boz dağ silsiləsi ilə əhatə olunan qoruğun cənubdan kəndlərlə qonşu olması sanitar mühafizə zonasının vacibliyini önə çəkir. Nəzərə alsaq ki, ərazidə 468 baş ceyranın, 3 minə yaxın yerli və köçəri quş növlərinin, 13 növ sürünənin və digər yırtıcı heyvanların ciddi şəkildə mühafizəsi aparılır.

Cavid Yusifov - Korçay Dövlət Təbiət Qoruğunun elmi işçisi: Sanitar mühafizə zonasının əhəmiyyət barəsində qoruğun qonşu kənd məktəblərinə, bələdiyyələrə məlumat verilibdir. Bu baxımdan biz şagirdləri maarifləndiririk, onun əhəmiyyəti və gənc təbiət sevər nəslə bizimlə iş aparmasına istiqamət veririk. Buda bizim işimizə və bölgə əhalisini ekoloji tərbiyəsinə çox yaxşı təsir göstərir.

 Aparılan mühafizə işlərinə baxmayaraq Korçay Dövlət Təbiət Qoruğu ərazisində 2017-ci ilin cari dövründə qanun pozuntusu hallarına rast gəlinib. 2 halda qoruqda ov edən brokonyerlər aşkar olunaraq inzibati qaydada cərimə olunublar.