Bu günə xəbərlərin oxunma sayı: 1112
— 28.12.2017 17:19

“Şən startlar” idman yarışı keçirilib

KepezTV Player

Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbində “Şən startlar” başlığı altında idman yarışı keçirilib. Yarış 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibəti ilə təşkil olunub.

Əyləncəli idman oyunları məktəbin əsaslı şəkildə təmir olunub yenidən qurulan idman zalında reallaşıb. “Şən startlar”da  5-ci sinif şagirdlərindən ibarət iki komanda iştirak edib. Komandaların heyəti 5-i qız, 6-sı oğlan olmaqla 11 oyunçudan formalaşıb. Oyunların qaydalar çərçivəsində keçirilməsini, həmçinin iştirakçıların qiymətləndirilməsini idman veteranlarından, məşqçilərdən, hakimlərdən və təşkilat komitəsinin üzvlərindən ibarət münsiflər heyəti təyin edib.Uşaqların fiziki və mənəvi hazırlığı, asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılmaqla onların idmana marağı və cəlb olunması sağlam gələcəyin formalaşması deməkdir. “Şən startlar”ın keçirilməsi də bu ideyanın tərkib hissəsidir.

Əyləncəli idman oyunlarında məktəblilər 5 mərhələdə müxtəlif idman növləri üzrə estafet yarışlarında qüvvələrini  sınayıblar. Turlararası fasilə müddətində uşaqların göstərdiyi rəqslər, ifa etdikləri mahnılar bayramı maraqlı və rəngarəng edib. Tədbiri izləyən qonaqlar və valideynlər proqrama maraqla baxıb, çıxışları alqışlarla qarşılayıblar. Yarışların sonunda komandaların üzvlərinin çıxışı yüksək qiymətləndirilib, uşaqlar həvəsləndirici fəxri fərmanlarla mükafatlandırılıb.