Azərbaycana Birgə Yardım Təşkilatının Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ili qeyd edib. Mərkəzin xidmətlərindən bəhrələnən balacalar bəzədilən küknar ağacı ətrafında birləşərək, həmrəlik nümayiş etdiriblər.
Oxudular, oynadılar, şeirlər söyləyib, səhnəçiklər nümyiş etdirdilər... Bir sözlə həm əyləndilər, həm də əyləndirdilər... Bu dəfə səhnədə əqli və fiziki imkanları məhdud olan balacalar olub. “Erkən müəyyənləşdir, erkən müdaxilə et” layihəsindən yararlananlar səhnədə bacarıqlarını nümayiş etdiriblər.
Xüsusi qayğıya ehtiyacı olan balacaların bu cür tədbirlərə cəlb olunmaları, onların fərdi inkişafları üçün müsbət amil, cəmiyyətə inteqrasiyası üçün əsas olur
10 ilə yaxındır fəaliyyət göstərən mərkəzin xidmətlərindən ümumilikdə 1300-ə yaxın xüsusi qayğıya ehtiyacı olan uşaq bəhrələnib.
Hazırda həftə ərzində 90-a yaxın xüsusi qayğıya ehtiyacı olan uşaq dərnək, idman, qrup və fərdi məşğələlərə qatılır.
- Baxış: 1139