• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2305
— 28.12.2017 16:07

Oğurluq hadisəsi kameralara düşdü

KepezTV Player

Paytaxt sakini Müslüm Tağıyev Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsinə müraciət edərək saunada olduğu müddətdə paltardəyişmə otağında qoyduğu geyiminin cibindən pulunun oğurlandığını bildirib. Zərərçəkən 1700 manatının götürüldüyünü iddia edib. Bölmə əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Xəyal Mustafayevi saxlayıblar. Mustafayevin oğurluq əməlinin obyektin təhlükəsizlik kameraları vasitəsilə anbaan lentə alınması əməliyyatçıların işini asanlaşdırıb. İfadəsi zamanı şəxs özü də cinayəti etiraf edib. Faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.