• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2007
— 27.12.2017 19:31

Zərdabda oğurluq törədənlər saxlanılıb

KepezTV Player

Zərdab rayon sakini Araz Əliyev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus mağazadan oğurluğun olması barədə məlumat verib. Polis əməkdaşlarının ticarət obyektinin maliyyə təsərrüfatına baxış zamanı, 65 min manat dəyərində tütün məmulatının oğurlandığı müəyyənləşdirilib. Faktla bağlı aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər -Mayıl Əsədov və Abdulla Kərimov saxlanılıb.

Araşdırmalar zamanı Mayıl Əsədovun işlədiyi mağazadan tanışı Abdulla Kərimovla birgə 2015-ci ilin yanvar ayından etibarən hissə-hissə 65 min manat dəyərində tütün məmulatını oğurladıqları məlum olub. Hər iki şəxs həmin məmulatları dəyərindən ucuz qiymətə satdıqlarını etiraf ediblər. Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Zülfiyyə Telmanqızı