Bakıda muay-tay üzrə klubların 1-ci Avrasiya Kubokunda Gəncə idmançıları da iştirak edib. Nizami yurdunun təmsilçiləri yarışda 4 medal qazanıblar.
Əldə olunan mükafatlardan biri qızıl, biri gümüş, ikisi bürüncdür. Yeniyetmə, gənc və böyüklər arasında reallaşan yarışda Gəncə adına Yunis Bəbirli və Hüseyn Əsgərov 3-cü yeri tutub. Rauf Cəfərov yalnız finalda uduzub. Elmir Əliyev isə Avrasiya Kubokunun baş mükafatını qazanıb. O, 91 kq çəki dərəcəsində keçirdiyi döyüşləri qələbə başa vurub. Əliyev finaldakı rəqibini nokautla məğlubiyyətə uğradıb. Onun döyüşü yarışın ən baxımlı nokautu kimi fərqləndirilib.
Təqvim ili başa çatdığından növbəti yarışlarda iştirak etmək üçün 2018-ci ili gözləmək lazımdır. Gələn il mövsümün ilk yarışında idmançılar Azərbaycan çempionatında iştirak edəcəklər. Bu yarış beynəlxalq arenalara vəsiqə xarakteri daşıyır.
Universiallığı ilə seçilən Elmir Əliyev bir neçə idman növü ilə məşğul olur. O, ötən ay Azərbaycan yığma komandanın tərkibində budo döyüş növləri üzrə Dünya Kubokunda qızıl medala layiq görülüb.
Azad Rəfi
- Baxış: 553