• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2309
— 27.12.2017 13:21

6 nəfər yol qəzaları nəticəsində xəsarət aldı

KepezTV Player

Bakıda mebel daşıyan yük avtomobili nənə ilə nəvəni vurub. Hadisə Nəsimi rayonunda, Xutor adlanan ərazidə baş verib. Xəsarət alan 80 yaşlı Zəhra Binnətova və 13 yaşlı Elvira Qarayeva xəstəxanaya aparılıblar. Yaşlı qadının vəziyyətinin ağır olduğu bildirilir. Sabunçu rayonu Zabrat qəbəsində də piyadavurma hadisəsi qeydə alınıb. Naməlum sürücünün idarə etdiyi avtomobil piyada zolağını keçən 25 yaşlı Yeganə Qafarovanı vuraraq hadisə yerindən qaçıb. Xəstəxanaya yerləşdirilən Qafarovanın yağının əzildiyi müəyyənləşib. Maşın onun ayağının üstündən keçib. Nizami rayonu Babək prospektində isə “Lada Priora” markalı avtomobil velosipedlə hərəkətdə olan 37 yaşlı İsak İbrahimovu vurub. Müxtəlif xəsarətlər alan İbrahimov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Tovuzun Əlibəyli kəndində də iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. “VAZ 2107” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı divara çırpılması nəticəsində iki nəfər xəsarət alıb. 28 yaşlı Zülfüqar Quliyev və 20 yaşlı Tural Abdiyev xəstəxanaya yerləşdiriliblər. Quliyevin vəziyyəti orta-ağır, Abdiyevin səhhəti isə normal qiymətləndirilir. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

 

Zülfiyyə Telmanqızı