• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1993
— 27.12.2017 13:17

Zərgərlik məmulatlarını qaçıra bilmədi

KepezTV Player

Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunda Rusiya istiqamətində gedən Azərbaycan vətəndaşının idarə etdiyi "Ford Transit" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı, həmin avomobildə sürücü oturacağının arxa hissəsində asılmış gödəkcənin cibində gömrük nəzarətinə bəyan olunmayan bir ədəd bağlamada, ümumi çəkisi 181,12 qram olan zərgərlik məmulatı - 9 ədəd sırğa cütü və üzük dəsti, 6 ədəd üzük və 2 ədəd sırğa tayı aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı