• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2239
— 27.12.2017 11:26

Şəmkir birinciliyinin qalibi 5000 AZN qazandı

KepezTV Player

Şəmkirdə təşkil olunan futbol üzrə rayon birinciliyinə yekun vurulub. Yerli  Olimpiya İdman Kompleksinin futbol meydançasında keçirilən yarımfinal və final qarşılaşmasından sonra ilk üç yeri tutan komandaların adlarına aydınlıq gəlib. Qaryağdı-Kür qəsəbəsi komandalarının qarşılaşmasında birincilər, Şəmkirin eyni adlı komandası ilə Zəyəm futbolçularının görüşündə isə ikincilər finala vəsiqə qazanıb. Həlledici qarşılaşmada Zəyəm 5 cavabsız qolla çempionluğu bayram edib. Şəmkir komandası isə 3-cü olub. Qarşılaşmadan sonra qalib komandalara təşkilatçılar tərəfindən pul mükafatları verilib. 1-ci yer 5000, 2-ci yer 3000, 3-cü yerin qalibi isə  1500 AZN qazanıb.

Emin İsmayılov - Şəmkir Rayon Gənclər və İdman İdarəsinin rəisi: Məqəsdimiz Şəmkirdə futbolu inkişaf etdirməkdir. Ən əsasıda prespektivli futbolçuları müəyən edib rayon yığma komanadsına cəlb etməkdir. Bildiyiniz kimi Şəmkir klubu bu il AFFA-nın təşkilatçılığı ilə keçirilən regional turnirdə iştirak edir. Düzdür ilkiki oyunun nəticəsi o qədər də ürəkaçan deyil. Ancaq ümidvarıq ki yaxşı futbolçularımız var və onlarla  yaxın gələcəkdə uğur qazana biləcəyik. Bu istiqamətdə işlərimiz davam edəcək.

 

Natiq Hüseyn