• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1718
— 27.12.2017 20:51

Birlikdə yeyib-içdiyi dostunu qətlə yetirdi

KepezTV Player

Göygöldə iki tanışın içkisinin əvvəli sərxoşluq, sonu fəlakət olub. Hisslərini sərxoş başla idarə etmək iqtidarında olmayan şəxslərdən biri, digərini qətlə yetirib.

Rayonun Rövşən Nəsibov küçəsində yaşayan 68 yaşlı Qəzənfər Musayevlə onun tanışı 65 yaşlı Semur Muradov bir süfrə arxasında yeyib-içib, əylənib. Lakin spirtli içkinin təsiri özünü mənfi cəhətdən biruzə verdiyi üçün şəxslərin mehribanlığı da çox uzun çəkməyib. Dostların sözünün çəp gəlməsi qanlı sonluqla nəticələnib.

Semur Muradov - saxlanılan şəxs: İçkili idik ikimizdə, bıçağı əlimdən almaq istəyirdi. İkimizdə yerə yıxıldıq, bu mənim üstümə yıxılmışdı. Əllərini çiynimə qoyub, ayağı ilə məni vururdu. Mənimdə bir əlim işləmir, əlil adamam içkili idim bu nahiyyəsindən bıçaqla vurdum.

Bir bıçaq yarası alan Qəzənfər Musayev xəstəxanaya aparılarkən, yolda dünyasını dəyişib. Hadisəni törədən şəxs isə hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

Namiq Alıyev - Göygöl rayon prakrorunun böyük müstəntiqi: Bıçaqla qəsdən vuraraq həyatdan məhrum etmişdi. Faktla bağlı Azərbaycan Respublikasının cinayət məcəlləsinin 120.1 maddəsi ilə cınayət işi başlanılıb, istintaq aparılır. Cinayət işi üzrə Muradov Semur Rafiq oğlu şübhəli şəxs qismində saxlanılıb.

Saxlanılan Göygöl rayon sakini 65 yaşlı Semur Muradov bundan əvvəl iki dəfə cinayət törətdiyinə görə həbs edilib.

 

26.12.2017 23:48 olan xəbər

Göygöl rayonunda qətl hadisəsi baş verib. Rövşən Nəsibov küçəsində yaşayan 68 yaşlı Qəzənfər Musayevla 65 yaşlı Semur Muradov bir süfrə arxasında yeyib-içib, əylənib. Lakin spirtli içkinin təsiri özünü mənfi cəhətdən biruzə verdiyi üçün şəxslərin mehribanlığı da çox uzun çəkməyib. Dostların sözünün çəp gəlməsi qanlı sonluqla nəticələnib. Semur Muradov Qəzənfər Musayeva bir neçə bıçaq zərbəsi endirib. Zərəzçəkmiş xəstəxanaya aparılarkən, yolda dünyasını dəyişib. Hadisəni törədən şəxs isə Göygöl rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib. Bakıda qonşuların münasibəti pozulub. Yasamal rayonunda yaşayan 33 yaşlı Müşfiq Babayev qonşusu ilə mübahisə edib. Söz savaşı əlbəyaxa dava ilə nəticələnib. Sonda Babayev çənə sümüyünün sınığı diaqnozu ilə xəstəxanalıq olub. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xaliq Qurbanlı

Elnur Vahidoğlu