• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2122
— 26.12.2017 20:20

Gəncədə taxta tikili yanıb

Gəncə şəhəri, Nizami rayonunda həyətyanı sahədə ümumi sahəsi 300 m2 olan taxta konstruksiyalardan ibarət tikili, içərisində olan əşyalar və yaxınlıqdakı 3 ədəd şam ağacı yanıb. Dərhal hadisə yerinə Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində  yaxınlıqdakı ev yanğından mühafizə olunub. Hadisənin başvermə səbələri araşdırılır.

Xaliq Qurbanlı