Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq bağçalarında yeni il şənlikləri təşkil olunub.
Bu il Heydər Əliyev Fondunun Samuxda inşa etdirdiyi hərəsi 100 yerlik olan 2 məktəbəqədər tərbiyyə müəssiəsində bayram şənlikləri təşkil olunub. Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən şəhər 5 saylı körpələr evində 5 qrupda tərbiyə olunan 100 uşaq əlamətdar bayramların sevincini yaşayıb. Müasir tələblər səviyyəsində tikilən binada yaradılan şərait balacaların sağlam və hərtərəfli böyüməsi üçün imkanları artırır.
Minurə Bayramova sakin Əvvəllər belə bağça yox idi. Heç bizim vaxtımızdada olmayıb. İndi çox sevinirəm ki mənim uşaqlarım belə gözəl bağçalara gəlir.
Gülmira Nəbiyeva Samux şəhər 5 saylı körpəlrə evi uşaq bağçasının müdiri Uşaqlarımız həvəslə bağçaya gəlir. Heç getməkdə istəmirlər. Valideynlər böyük ruh yüksəkliyi ilə uşaqlarını bizə etibar edirlər. Tərbiyyəçilərimiz dayələrimiz uşaqların qulluğunda layiqincə dururlar.
Samux şəhər 6 saylı uşaq bağçasıda tərbiyə olunan balacalar da bilik və bacarıqlarını nümayiş etdirməklə yaradılan imkanların aşılandığını nümayiş etdiriblər. İlkin yazı, rəsm və oxu vərdişlərinə yiyələnən fidanlar bayram tədbirində şənlənərək sevincli anlar yaşayıblar.
Təhminə Nəsibova Samux şəhər 5 saylı körpələr evi uşaq bağçasının müdiri: Binamizda hər cür şərait yaradılıb. Uşaqların düzgün qidalanması sağlam mühitdə böyümələri üçün imkanlar var. Bizdə bundan sonra çalışacağıq ki bizə göstərilən bu diqqəti qayğıya layiq olaq və göstərilən etimadı doğruldaq. Gələcəyimiz olan körpə balalarımızı təlimli tərbiyyəli məıktəbə yola salaq.
Yeni ili əylənərək yaşayan balacalara Heydər Əliyev Fondu tərəfindən hədiyyələr təqdim olunub. Bayram şənlikləri rayondakı 18 tərbiyyə müəssisəsində təşkil olunub.
Natiq Hüseyn
- Baxış: 815