• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1835
— 26.12.2017 13:51

Yanğın 3 evə zərər vurdu

KepezTV Player

Şamaxıda 3 ev ard-arda yanıb. Şəhriyar qəsəbəsindəki tikililərdən birində yaranan alov qısa müddət ərzində qonşu evlərə keçib. Birmərtəbəli, bir-birinə bitişik, ümumi sahəsi 104 m² olan 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 45 m² sahədə, ümumi sahəsi 30 m² olan 2 otaqlı evin konstruksiyaları və ümumi sahəsi 90 m² olan 5 otaqlı evin 3 otağının tavanı 16 m² sahədə yararasız hala düşüb.Şamaxı, Qobustan və İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 5 avtomobili və canlı qüvvəsi əraziyə cəlb olunub. Yanğınsönürənlərin müdaxiləsilə yaxınlıqdakı tikililər alovdan mühafizə edilib. Xəsarət alan olmayıb.