Bu günə xəbərlərin oxunma sayı: 784
— 25.12.2017 14:29

Samuxda sərbəst güləş üzrə rayonun açıq birinciliyi keçirilib

KepezTV Player

Yarış Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin doğum gününə həsr olunub. Birincilik Samux Rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin təşəbbüsü ilə təşkil edilib. Yarış uşaq və yeniyetmələr arasında iki yaş qrupunda baş tutub. Xalça üzərində yerli güləşçilərlə yanaşı, Gəncə, Şəmkir, Yevlax, Bərdə, Qəbələ, Şamaxı, Sabirabad və Bakı təmsilçiləri də qüvvəsini sınayıb.  Mübarizələrdə 10 çəki dərəcəsində 200-ə yaxın güləşçi iştirak edib.

Anar Cəlilov – yarışın baş hakimi – “Yarışı keçirməkdə məqsədimiz odur ki, rayonunumuzda güləşi inkişaf etdirək, gənc idmançıları aşkarlamaq, ölkəmizə layiqli övladlar yetişdirməkdir. Biz də istiyərdik ki, rayonumuzun adı yüksəklərdən gəlsin.”

Ölkəmizin hər yerində olduğu kimi Samux da milli idman növü olan güləşə böyük maraq var. Belə yarışların keçirilməsi də rayonda kütləviliyin artırılmasına hesablanıb. 

Anar Cəlilov – yarışın baş hakimi – “Rayonumuzda baracıqlı idmançılar var. Güclü yarışların təməli bu cür kiçik birinciliklərdən qoyulur. Arzu edirik ki, bu yarışda iştirak edən yeniyetmələr irəli getsinlər. Samux rayonunun adını qaldırsınlar. Gələcəyə ümid verən güləşçilər çoxdur. İstəyirik ki, onlar da bizim ümidlərimizi doğrultsunlar.”

Açıq birinciliyin yekun nəticələrinə əsasən 5 medala sahib çıxan Samux güləşçiləri komanda hesabında birinci olublar. Gəncə ikinci, Şəmkir pəhləvanları isə 3-cü yerə layiq görülüb.

 

Orxan Cəfərzadə