• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1816
— 25.12.2017 13:04

Sərxoş sürücü qəza törətdi, 2 nəfər yaralandı

KepezTV Player

Bakıda isə sərxoş sürücü qəza törədib. Hadisə Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində qeydə alınıb. Paytaxt sakini Şahin Qasımov "Hyundai" markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq əks yola çıxıb və bu zaman maşın qarşı zolaqla irəliləyən, 26 yaşlı Babək Paşayevin sükanı arxasında olduğu "Mercedes" markalı minik avtomobilinə çırpılıb. Toqquşmadan sonra "Hyundai" beton çəpərə dəyib və deformasiyaya uğrayıb. "Mercedes"in isə arxa təkərləri çıxıb və maşın bir neçə dövrədən sonra ağaca dəyərək dayanıb. Onun sürücüsü Babək Paşayev və 26 yaşlı sərnişini Paşa Rzayev ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyi nəticəsində onların həyatını xilas etmək mümkün olub. Şahin Qasımov üz nahiyəsindən yüngül xəsarətlər aldığından ona təcili yardım xidməti tərəfindən ilkin yardım göstərilib. Yol polisi və Post Patrul xidmətlərinin əməkdaşları hadisə yerinə cəlb olunublar. İlkin araşdırma zamanı, Şahin Qasımovun avtomobili sərxoş halda idarə etdiyi müəyyən edilib. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

 

Zülfiyyə Telmanqızı