• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2114
— 24.12.2017 14:54

Məktəb binası odlara qərq oldu

KepezTV Player

Ani qığılcım peşmanlıq yaradıb. Bu dəfə 1929-cu ildən neçə-neçə şagirdin ikinci evinə çevrilən, xatirəsinə yazılan, təlim-tərbiyyə gördüyü bir məkan, məktəb binası alovlara qərq olaraq tarixə qarışıb. Yanğın hadisəsi Şəmkir rayonu, Zəyəm qəsəbəsində qeydə alınıb. 2 saylı kənd orta məktəbinin ümumi sahəsi 1914 m2 olan birmərtəbəli korpusunun çardağının yanar konstruksiyaları 114 kvm, o cümlədən, 1 sinif otağının tavanı 30 kvm sahədə, ümumi sahəsi 168 kvm olan idman zalının yanar konstruksiyaları 54 kvm sahədə yararsız hala düşüb. Olayla bağlı FHN-in Şəmkir Yanğından Mühafizə İdarəsinin əməkdaşları əraziyə cəlb ediliblər. Onların müdaxiləsilə alov söndürülüb. Məktəbin digər korpusu yanğından mühafizə olunub.

 

 

Gülnar Fazilqızı