• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1112
— 23.12.2017 17:19

Gəncə kikboksinqçiləri Gürcüstanda keçirilən beynəlxalq turnirdə uğurla iştirak ediblər

KepezTV Player

Nizami yurdunun idmançıları Rustavidə məşqçi Talıb Bayramovun rəhbərliyi altında döyüşüblər. Gənc məşqçinin 7 yetirməsi uşaq, yeniyetmə və böyüklər arasında mükafatlar uğrunda mübarizə aparıb. Nəticələrə əsasən, Gəncə komandasının 5 üzvü yarışın qalibi olub. Ayxan Verdiyev, Zakir Həsənzadə, Taleh Bayramov, Murad Abbasov və Solmaz İsmayılova keçirdikləri bütün görüşləri qələbə ilə başa vuraraq turnirin baş mükafatını qazanıb.

Azad Rəfi