• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 695
— 22.12.2017 18:39

Goranboyda 41 yaşlı kişi atdan yıxılaraq xəsarət alıb

Goranboy sakinin başına bədbəxt hadisə gəlib. Olay rayonun Dəliməmmədli şəhərində baş verib. Yolpax kənd sakini 41 yaşlı Şaiq Qasımov atdan yıxılaraq müxtəlif bədən xəsarətləri alıb. Yaxınları Qasımovu Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətiriblər. Həkimlər ona döş qəfəsinin küt travması və sağ gicgah nahiyəsinin əzniyi diaqnozunu qoyublar. Tibbi müdaxilədən sonra şəxsin vəziyyəti normal qiymətləndirilir.

Elnur Vahidoğlu