Ölkə rəhbəri tərəfindən mükafatlara və fəxri adlara layiq görülən şəhər sakinlərinə təltifləri təqdim olunub. Gəncə Dövlət Filarmoniyasında baş tutan ilk tədbirin iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünüə tər çiçəklər düzdülər. Filarmoniya binasının istifaəyə verilməsi, Gəncə-nin MDB-nin mədəniyyət paytaxdı olması, yeni park və muzeylərin əhalinin ixtiyarına verilməsi şəhərin mədəni həyatındakı yeniliklər kimi səciyyələndirilib. Bu işdə xidmətləri olan və şəhərin sosial, iqtisadi və ictimai həyatında fərqlənənlərin dövlət tərəfindən mükafatlandırılması görülən işlərə verilən qiymət olaraq dəyər alıb. ardından filarmoniya binasında ilk müasiqi sədaları səslənib. Filarmoniyanın Göygöl Xalq Çalğı Alətləri Ansablı, Dövlət rəqs kollektivi, Dövlət Kamera Orekstiri geniş konsert proqramı ilə çıxış edib. Azərbaycan bəstəkarlarının mahnıları, klassik müsiqi, dünya bəstəkarlarını əsərləri alşıqlarla qarşılanıb.
Viktoriya Nikitinça -Moldovanın əməkdar artisti: Mən çox ölkələrin səhnəsində çıxış etmişəm. Sizin filarmoniyanız doğurdanda əsl sənət məbədidri. Burada konsert vermək üçün bütün elementlər nəzərə alınıb. Mən məmuniyyətlə Gəncə Dövlət Filarmoniyasının səhnəsində solo konsertlə çıxış edərdim. Bir daha maraqlı anlara görə, təşkilatşılara minnətdarlığımı bildirirəm.
Alyona Lanskaya - Belaruslu müğənni: Mən ilk dəfə Azərbaycanda 2012-ci ildə Avroviziya müsaqbiəsində olmuşam. Bakı çox gözəldir. Artıq 3 gündür Gəncədəyik bu qədim şəhərin gözəlliyi də məni valeh etdi. Yeni filarmoniyanız dünyanın ən möhtəşəm konsert sarayları ilə rəqabət apara biləcək səviyyədədir. Həyatımın ən yadda qalan günlərinin 3 gününü burada yaşadım. Çox xoşbəxtdəm və Azərbaycandan, Gəncədən xoş xatirələrlə ayrılıram.
Xaliq Qurbanlı
- Baxış: 578